Lənkəranda şəhid mayor Aqşin İbadovun ev muzeyi açılıb - FOTO

Lənkəranda şəhid mayor Aqşin İbadovun ev muzeyi açılıb - FOTO backend

Lənkəranda Vətən müharibəsi şəhidi, mayor Aqşin İbadovun ev muzeyi açılıb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn zabitimizin ev muzeyi Boladi kəndində, vaxtilə yaşadığı ata ocağında yaradılıb.

Muzey şəhidin şəxsi əşyaları ilə zənginləşdirilib.

Qeyd edək ki, mayor İbadov Aqşin Nazim oğlu Kəlbəcərin bəzi ərazilərinin, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Hadrut yaxınlığında Tuğ kəndinin ərazisində adsız yüksəkliklərin azad olunması və Xankəndi-Şuşa yolunun təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Diaspora