Aİ-dən Ermənistan sərhədindəki missiyası ilə bağlı AÇIQLAMA

Aİ-dən Ermənistan sərhədindəki missiyası ilə bağlı  AÇIQLAMA backend

Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd bölgələrində işə başlayan texniki qiymətləndirmə missiyası öz mandatı ilə bağlı açıqlama yayıb.

Aİ-nin Ermənistandakı ofisinin mətbuat xidmətindən yayılan bəyanata görə, missiya nümayəndələri atəşkəs rejiminə, sərhəddə baş verən hadisələri, o cümlədən insan haqları ilə bağlı məsələləri müşahidə edəcəklər.

“Misiyanın digər rolu iki ölkə arasında etimadın yaradılmasını və delimitasiya -  demarkasiya üzrə sərhəd komissiyalarının işini təşviq etmək olacaq. Eyni zamanda, missiya Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədin yalnız Ermənistan tərəfində yerləşdiriləcək” – deyə açıqlamada deyilir.

Həmçinin bildirlir ki, Aİ-nin monitorinq missiyası və ATƏT-in qiymətləndirmə missiyası ayrı-ayrı mandatlar üzrə işləyir, lakin bir-biri ilə əlaqə saxlayır.

Diaspora