Ərdoğan beynəlxalq təşkilatları erməni vandallığını görməzdən gəldiklərinə görə tənqid etdi

Ərdoğan beynəlxalq təşkilatları erməni vandallığını görməzdən gəldiklərinə görə tənqid etdi backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları Cəbrayıldakı erməni vandallığını görməzdən gəldiklərinə görə tənqid edib.

"Report"un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı danışıb.

Dövlət başçısı bildirib ki, işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil: “İndi sağa, sola baxıram, işğal dövründə Cəbrayılı nə hala salıblar. Mən qardaşımdan soruşdum, dedim, bu dünyadakı ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilərmi? Dedi ki, yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində onlar nələr törədildiyini bilirlər”.

Ərdoğan deyib ki, bu işləri mütləq ədalət mühakiməsinə vermək, bunların təzminatını tələb etmək lazımdır: “Onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq”.

Diaspora