Türkiyə Milli Müdafiə Nazirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir və nəcib Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” anlayışı ilə kədərdə də, sevincdə də bir yerdə olmağa davam edəcəyik”, - deyə nazirliyin “Twitter” hesabından ünvanlandığı təbrikdə qeyd edilir.