Azərbaycan İtaliyaya yeni səfir təyin edib

Azərbaycan İtaliyaya yeni səfir təyin edib backend

Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

loading...
Diaspora