"Türkiyə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması ilə bağlı hesabat hazırlayıb".
"Report"un xəbərinə görə, bunu Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç bu gün Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyasının iclasında çıxışı zamanı deyib.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalandığını vurğulayan Türkiyənin Baş Ombudsmanı işğaldan azad olunan yerləri ziyarət etdiyini xatırladıb. O, həmin ərazilərdə Ermənistan tərəfindən basdırılan minalarla bağlı hesabat hazırladıqlarını qeyd edib.
Vətən müharibəsi zamanı Ermənistanın ballistik raketlərlə Azərbaycan şəhərlərini bombaladığını xatırladan Ş.Malkoç həmin şəhərlərdə də olduğunu və insan hüquqları ilə bağlı hesabat hazırladıqlarını bildirib.