Nazir: "Ermənistan təxribatlar törətməklə..."

Nazir:  "Ermənistan təxribatlar törətməklə..." backend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan təxribatlar törətməklə münasibətlərin normallaşmasına maneçilik yaradır.

Qaziler.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbul şəhərində keçirilən fövqəladə İclasında deyib.

İclasın gündəliyində duran əsas məsələlər TDT-nin 2022-2026-cı illər üçün Strategiyası, o cümlədən təşkilatın işinə aid bir sıra mühüm sənədlər, bölgəmizdə və regionda baş verən son hadisələr, cari ilin 11 noyabr tarixində Özbəkistanda keçiriləcək növbəti Zirvə Görüşünə hazırlıq işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər olub.

Nazir Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının Fövqəladə İclasında çıxış edərək, aşağıdakı əsas fikirləri səsləndirilib:

- Qardaş Türkiyənin TDT-yə sədrliyi üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verib. Bu xüsusda, növbəti Zirvə görüşünün qardaş Özbəkistanda keçirilməsi Təşkilatın daha da güclənməsinə xidmət edəcək.

- Azərbaycan tərəfi bugünkü Zirvə Görüşünün bir sıra mühüm sənədlərinin, xüsusilə Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin qəbul olunmasının təşkilatın işinə mühüm töhfə verəcəyinə ümidvardır.

- Azərbaycan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əsasda TDT-yə üzv dövlətlərlə sıx əməkdaşlıqdadır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə, Özbəkistan və Qırğızıstan və Qazaxıstana son səfərləri müstəsna əhəmiyyət kəsb edir.

- Təşkilat çərçivəsində Şuşa şəhərinin Türk dünyanın 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsinə verilən xüsusi diqqət təqdirəlayiqdir. Biz həmçinin, 16 sentyabr 2022-ci ildə keçirilmiş Şuşa Türk Biznes Forumunun işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mühüm töhfə verəcəyinə inanırıq.

- Coğrafiyamızda baş verən proseslər, yaranan yeni çağırışlar fonunda TDT-nin bu çağırışlarla mübarizə üçün geniş imkan yaradan platforma rolu oynadığını hesab edirik.

- Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətiri altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəkdir.

C.Bayramov daha sonra, islasın gündəliyi üzrə mühüm məsələlər ətrafında ölkəmizin mövqeyini diqqətə çatdırıb. Nazir, Ermənistanın təxribatı nəticəsində son toqquşmalar, habelə Ermənistan ilə sülh müqaviləsi imzalanması təşəbbüsümüz çərçivəsində görülən işlərlə bağlı son vəziyyət haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, eləcə də humanitar istiqamətlərldə səylər göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyi, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu vurğulanıb.

Diaspora