İsrail Türkiyəyə yardım təklif etdi

İsrail Türkiyəyə yardım təklif etdi backend

İsrail hökuməti Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid "Twitter" hesabında bildirib.

 

“Bartında baş verən dəhşətli faciədən sonra İsrail Türkiyənin yanındadır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıb həlak olanların ailələrinə başsağlığı və yaralıların tezliklə sağalmasını arzuladım. Mən bu ağır zamanda Türkiyəyə İsrailin yardımını təklif etdim” , - deyə Lapid vurğulayıb.

 

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.

Diaspora