Moskvanın özəl Bakı planı

Moskvanın özəl Bakı planı backend

"Azərbaycanın müstəqil dövlət kimi bütün məsələlərdə, o cümlədən Ukrayna məsələsində öz mövqeyi var. Bir çox hallarda bizim qiymətlədnirmələrimiz üst-üstə düşür, bəzən isə ziddiyyətlər olur". Bunu "RİA Novosti"yə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

O qeyd edib ki, iki ölkə də artıq maraqlarımızın üst-üstə düşdüyü sahələrdə birgə işləməyi öyrənmişik. "Lazım olmayan yerdə münaqişəyə getmirik. Bu Ukrayna məsələsinə də aiddir", deyən Doroxin Azərbaycanın Rusiya əleyhinə sanksiyalı tənqid etdiyini də xatırladıb: "Rusiya bunu qiymətləndirir".

Səfir qeyd edib ki, Azərbaycanın çətin məqamda Rusiyanı ərzaq təminatında da dəstəklədiyini də qeyd edib. O, bildirib ki, keçən il Azərbaycan sanksiyalarla bağlı olaraq yaramış qıtlığın aradan qaldırlması üçün Rusiyaya ərzaq ixracını 20 faiz artırıb.

"Biz uzunmüddətli, strateji maraqlara istiqamət götürmüşük. Hazırda Azərbaycan Rusiyaya 300 milyon dollarlıq ərzaq göndərir. Amma biz dəfələrlə çox məhsul qəbul etməyə hazırıq.
Azərbaycana Rusiyaya məhsul ixracını artırmaq üçün xüsusi dövlət proqramə lazımdır. Biz bunun üzərində işləyirik".
Diaspora