Əliyev Astanada Paşinyan və Putinin də iştirak etdiyi MDB iclasında 10 noyabr razılaşmasının 4-cü və 9-cu bəndi icra edilməyəcəyi təqdirdə, adekvat tədbirlər görüləcəyinin anonsunu verdi.
1. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılması razılaşmaya uyğun həyata keçirilməsə, anti-terror əməliyyatı keçiriləcək;
2. Naxçıvana maneəsiz giriş təmin edilməsə, Laçın dəhlizi bağlanacaq: Əliyevin “Azərbaycan üçtərəfli razılaşmanın bütün müddəalarını yerinə yetirir, o cümlədən, Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir” sözləri də Zəngəzur dəhlizinə imkan verilməyəcəyi təqdirdə adekvat addımın məhz Laçın dəhlizində atılacağını deməyə əsas verir;
Bu, həm də üçtərəfli razılaşmaya imza atan Putinə də ünvanlanıb.
Asif Nərimanlı / Axar.az