İlham Əliyevdən xəbərdarlıq: “Adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”

İlham Əliyevdən xəbərdarlıq: “Adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq” backend

“Qeyd etmək istərdim ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir”. 

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir:

“Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.

Diaspora