Moskva növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif etmək niyyətindədir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Ümid edirik ki, çox yaxın gələcəkdə bu sammitin keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - deyə o deyib.