İmza qurbanlarla, yoxsa qurbanlar olmadan atılacaq? - "Hraparak"

İmza qurbanlarla, yoxsa qurbanlar olmadan atılacaq? - "Hraparak" backend

"İmzalamağına imzalayacaq, ancaq bir məsələ var ki, qurbanlarla, yoxsa qurbanlar olmadan imzalayacaq? Bu nəhs ifadəni ağlımdan çıxara bilmirəm".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

"Mən “sərhəd toqquşmaları” adlanan hadisənin iki ölkə liderinin fəlakətli planı çərçivəsində həyata keçirilən “şərti” hadisələr olduğunu iddia edənləri anlamağa başlayıram. Təbii ki, ölkənin başında belə canavarın ola biləcəyinə inanmaq çətindir, onlar üçün insan həyatının heç bir dəyəri yoxdur və bu qurbanlar sadəcə olaraq cəmiyyət üçün əvvəlcədən müəyyən edilmiş tənzimləmələri məqbul etmək üçündür. Digər tərəfdən, müharibənin və itkilərin qarşısını almağa yönəlmiş məğlubiyyət və məsuliyyəti “paylaşmaq” səyləri də başa düşüləndir. Heç bir torpaq parçası, heç bir dəhliz bir gəncin həyatı ilə eyni səviyyəyə qoyula bilməz, hətta müharibəyə, mübarizəyə çağırışlar etsək belə, təkcə qurban 19 -20 yaşlıların yox, hər kəsin o qurbangahda canını vermək hüququ var. Bu mənada Ermənistanın birinci prezidentinin mövqeyi tamamilə başa düşüləndir və əxlaqlıdır. Cəmiyyət bu vəziyyətdən çıxış yolları axtarmaq, günahkarları müəyyən etmək əvəzinə ölüm və məğlubiyyəti təbliğ edə bilmir, ölkəsinin sükanını ölüm və məğlubiyyət gətirən hakimiyyətin ixtiyarına verir. Cəmiyyət kəsimxananı batırmaq əvəzinə kəsiləcək qoyun kimi kəsimxanaya gedə bilməz", - deyə nəşr bildirib.

Diaspora