“Azərbaycanla birlikdə TANAP-ın illik ötürmə qabiliyyətinin ikiqat artırılmasına dair işlərə başladıq”.
Apa-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
O, illik ötürmə qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyarda qaldırılaraq TANAP-ın Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini bildirib.