"Səmimi qəlbdən inanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik".
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşə toxunan Ərdoğan bildirib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar qarşılıqlı surətdə davam etdirilir.
"Bu görüşdə bəzi tələblər irəli sürülüb. Biz bu tələbləri xüsusi nümayəndələrimizə, nazirlərimizə çatdırdıq. Danışıqlar baş tutandan sonra biz lazımi addımları atacağıq", - Türkiyə Prezidenti əlavə edib.