Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.
Nazirlər Kabinentindən verilən xəbərə görə, səfər çərçivəsində Baş nazir Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumunda iştirak edəcək, həmçinin bir sıra Xəzəryanı ölkələrinin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək. (Apa)