Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk təkbətək görüş cümə axşamı, oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:00-da Praqada planlaşdırılır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyyət” qəzeti məlumat yayıb.
Məlumata görə, görüşün mümkünlüyünü həm Türkiyə Prezidenti, həm də Ermənistanın Baş naziri bəyan edib:
“Bu, münasibətlərin normallaşması prosesinin bərpasından sonra Türkiyə və Ermənistan liderləri arasında ilk təkbətək görüş olacaq”.