DSX rəisi İsrailin müdafiə naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

DSX rəisi İsrailin müdafiə naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib backend

Oktyabr ayının 3-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-də rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan və İsrail dövləti arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə tərəflər bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolunu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdən sonra İsrailin nümayəndə heyəti DSX-nin inzibati binasında yerləşən “Siyasi repressiya qurbanları muzeyi”ni ziyarət edib, qonaqlara muzeyin fəaliyyəti və ekspozisiyaları haqqında ətraflı məlumat verilib.

Diaspora