“Azərbaycanla əhatəli sülhə nail olmaq üçün beş məsələ öz həllini tapmalıdır”.
Bu barədə Ermənistanda nəşr olunan “Haykakan Jamank” qəzeti yazır.
Nəşr qeyd edir ki, Azərbaycanın Ermənistandan 5 əsas tələbi var.
Qəzetə görə, bu tələblər aşağıdakılardır:
- Qarabağın dağlıq hissəsindəki separatçı rejim və ordunun ləğv edilməsi;
- Qarabağın heç bir muxtariyyət statusu olmayan Azərbaycan ərazisi kimi tanınması;
- Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması (Zəngəzur dəhlizi);
- 1919-1920-ci illərin xəritələri ilə delimitasiya və demarkasiya prosesi;
- İtkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirmək.
Erməni nəşri bildirir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu məsələlər öz həllini tapmalıdır.
Teleqraf.com