Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə R. Sekuta etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
E. Məmmədyarov isə səfir R. Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.