Hikmət Hacıyev ABŞ-ın beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb

Hikmət Hacıyev ABŞ-ın beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb backend

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb.

Bu barədə "Report"a Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Azərbaycan Prezidentinin köməkçisi  “Heritage Fondu”nda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

Diaspora