Ombudsman Despina Çatzivasiliu ilə mina xəritələrinin vacibliyindən danışdı

Ombudsman Despina Çatzivasiliu ilə mina xəritələrinin vacibliyindən danışdı backend

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Strasburqda səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi Despina Çatzivasiliu ilə görüşərək, Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunub.

Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, çıxışı zamanı ölkəmizin məruz qaldığı insan hüquq pozuntularından danışan Ombudsman hazırda azad edilmiş ərazilərimizin tezliklə və tam şəkildə minalardan təmizlənməsinin həyati əhəmiyyət daşıdığını bildirib.

S.Əliyeva bu baxımdan Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunaraq, mövzu ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığı ayrıca hesabatda da bu məsələnin vurğulandığını xatırladıb.

Diaspora