27 Sentyabr şanlı qələbəyə aparan yolun başlanğıcı oldu.
Bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından bildirilib.
Qeyd edilib ki, Azərbaycan torpaqlarının azad edilməsi üçün bütün diplomatik yollara əl atdı.
"Lakin Ermənistan tərəfi diplomatiyaya məhəl qoymadı. Bu da qardaş Azərbaycanı Vətən Müharibəsini başlatmağa sövq etdi", - açıqlamada vurğulanıb.
Administrasiyadan əlavə edilib ki, Azərbaycan hər zaman sülhün və stabilliyin tərəfdarı olub və bunun üçün çalışıb.
"Vətən Müharibəsi sadəcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də qürur günüdür. Türkiyə bundan sonra da qardaş Azərbaycanın yanında olacaq. Qardaş Azərbaycana bütün sahələrdə dəstək veriləcək. Azərbaycanın azad edilən ərazilərində quruculuq və abadlıq işlərinin aparılması bütün dünyaya bir daha sübut edir ki, Azərbaycan bölgədə sabitliyin tərəfdarıdır", - deyə bildirilib.