“Bu gün biz İran xalqı ilə həmrəyik”.
Qaziler.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Roş ha-Şana bayramı (yəhudilərin Yeni ili) münasibəti ilə özünün “Twitter” hesabında yazdığı təbrikində bildirib.
“Şana Tova! Azərbaycandakı və dünyadakı bütün dostlarımızın Yeni ili mübarək! 5783 il əvvəl ilk insan yaradılmışdır. Bu gün biz qeyd etdiyimiz dəyərlər - insanlıq, bərabərlik və azadlıq uğrunda mübarizə aparan İran xalqı ilə həmrəyik”, - deyə o bildirib.