Bayramov Laos və Nikaraquanın XİN başçıları ilə görüşüb

Bayramov Laos və Nikaraquanın XİN başçıları ilə görüşüb backend

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Laosun xarici işlər naziri Saleumxay Kommasith və Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşlər keçirib.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da inkişafı məsələri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Laos və Nikaraqua xarici işlər nazirləri həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Ölkələrimiz arasında iqtisadi, təhsil, mədəniyyət və s. istiqamətlərdə əməkdaşlığın artırılmasl, biznes forumlarının təşkili, siyasi məsləhətləşmələr keçirilməsi və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi niyyətləri diqqətə çatdırılıb.

Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.

Diaspora