Türkiyənin "Haber Global" telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında Azərbaycanla bağlı dediklərini önə çıxarıb.
Telekanal bununla dövlət başçısının bütün dünyaya dəqiq bir mesaj verdiyini vurğulayıb.
“Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq”, - deyə Ərdoğan bəyan edib.
O, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsinin Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açdığını qeyd edib.