Arye Qut vəfat edib

Arye Qut vəfat edib backend

İsrailli ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qut 47 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bunu onun yaxınları bildirib. 

A.Qut uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişib.

Qeyd edək ki, Arye Qut 1975-ci Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.

A.Qut həm İsrail, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.

O, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığına, Cənubi Qafqazdakı geosiyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

A.Qut "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri olub. 

loading...
Diaspora