Bu gün Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Bu barədə “TASS” xəbər verir.
Putin xarici ölkə liderləri ilə bir sıra ikitərəfli görüşləri Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarla yekunlaşdıracaq. Görüş Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklər fonunda baş tutacaq.