Emənistan və Azərbaycan arasında imzalanacaq sənəd yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Nikol Paşinyan sosial şəbəkə hesabında aksiyalara cavab olaraq qeyd edib.
“Əziz həmvətənlər, sizi manipulyasiyaya getməyəyə səsləyirəm. Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, ölkənin müqavimətini qırmaq üçün düşmən xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”.
Qeyd edək ki, bundan öncə Paşinyan parlamentin iclasında sülh naminə üzərinə böyük məsuliyyət götürdüyünü bildirmişdi:
“Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində bizi tənqid edəcəklər, lənətləyəcəklər, satqın adlandıracaqlar, xalq hətta bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilərlər, amma nəticədə Ermənistana minnətdar olarıq. 29.800 kvadrat kilometrlik ərazi davamlı sülh və təhlükəsizlik alacaq. Mən altıcı cızaraq deyirəm ki, bunu təmin edən həlli imzalayacağam. Və mənə maraqlı deyil ki, mənim başıma nə gələcək, mənə Ermənistan Respublikasına nə olacağı maraqlıdır”.
Paşinyan daha sonra canlı yayıma çıxaraq, niyə belə dediyini izah edib:
“Niyə mən bu haqda danışdım? Bu gün Ermənistana təcavüz edilir. Biz deyirik ki, ərazi bütövlüyü müzakirə olunmur. Bizə deyirlər, “dəhliz”! Biz deyirik, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Biz ərazi bütövlüyünü hər hansı şəkildə şübhə altına qoyan sənədə imza atmayacağıq. Bu gün sərhəddən əsgərlər zəng edirlər ki, düzdür ki, sənədə imza atılıb, yəni sərhədi qorumayaq? Mənə deyirlər ki, Azərbaycan saytları belə başlıqlarla çıxışımı yayıb. Biz deyirik ki, kompleks həllə hazırıq. Bizim vətənimiz müqəddəsdən də artıqdır, o, müzakirə edilmir”.
O bir daha vurğulayıb ki, nə sənəd var, nə layihə:
“Əgər müzakirələrin gedişində sənəd hazırlansa, o sənəd bizim arzuladığımız olmasa da, ancaq analizdən sonra hesab etsək ki, o, Ermənistanın uzunmüddətli təhlükəsizliyini və sülhü təmin edir, biz bu istiqamətdə davam edəcəyik. Xalq deyəcək, niyə belə sənəd imzaladınız, amma fakt odur ki, o, Ermənistanın yaxın 100 ildə təhlükəsizliyini və sülhü təmin edəcək. Qərar yalnız bizim xeyrimizə olmamalıdır. 2018-ci ildə də demişdim, qərar hər kəs üçün xeyirli olmalıdır ki, davamlı olsun”.
Qeyd edək ki, Paşinyanın parlamentdəki çıxışından sonra aksiya başlayıb.