“Azərbaycanla əlaqələr bundan sonra da uğurla davam etdiriləcək“

“Azərbaycanla əlaqələr bundan sonra da uğurla davam etdiriləcək“ backend

Prezident İlham Əliyev İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, Məhəmməd Cavad Zərif İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb.

Ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirən Azərbaycan prezidenti münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd edib. Dövlət başçısı İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına və əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Xarici işlər naziri ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğulayıb. O, İran-Azərbaycan münasibətlərinin qurulmasında Heydər Əliyevin xidmətlərini böyük ehtiramla xatırladıb. İranın xarici işlər naziri ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə ölkələrimiz arasında regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diaspora