Rəsmi İrandan Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət

Rəsmi İrandan Azərbaycan-Ermənistan sərhədindəki  gərginliyə münasibət backend

İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.

“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasında həllini tapmalıdır”, - o söyləyib.

N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: “Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.

Diaspora