Amerikanın Qafqaz canişini qondarma soyqırımı abidəsində - bəs, Xovayev Bakıya niyə gəlib?

Amerikanın Qafqaz canişini qondarma soyqırımı abidəsində -  bəs, Xovayev Bakıya niyə gəlib? backend

Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın bu təyinatını “bölgədəki postmünaqişə reallığından uzaq yanaşma” kimi qiymətləndirməsi Vaşinqtona xoş gəlməmişdi; Rusiya rəhbərliyi hadisələri  nəzarətdə saxlamağa çalışır

Sentyabrın 8-də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, Qafqaz üzrə danışıqlar üzrə xüsusi müşaviri Filip Rikerin başçılıq etdiyi nümayəndə heyəti İrəvanda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

“Yeni Müsavat”ın verdiyi məlumata görə, Filip Rikeri Ermənistan Xarici İşlər Nazirliyinin Amerika qitəsi departamentinin rəhbəri Armen Yeqanyan və ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi müşayiət edib. Qondarma muzeyin direktoru Harutyun Marutyan “ötən əsrin sonlarında Azərbaycanda erməni əhalisinə qarşı aparılan etnik təmizləmə zamanı həlak olmuş ermənilərin xatirəsinə həsr olunmuş Tsitsernakaberd memorialının ərazisində quraşdırılmış üç xaçkarın tarixi” barədə amerikalılara danışıb.  Riker qondarma abidənin önünə əklil və gül dəstələri qoyub, bir dəqiqəlik sükut edib. Bununla da Vaşinqtonun “ölmüş” Minsk Qrupu üzrə həmsədri əsl simasını faş etmiş olub.

Məlumatda vurğulanır ki, regiona ilk səfərinə İrəvandan başlayan amerikalı orada iki gün qalacaq, Ermənistan və Azərbaycanın uzunmüddətli sülhə nail olması, Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq üçün rəsmilərlə görüşəcək, ABŞ-ın səylərini müzakirə edəcək. Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin də Bakıya səfər etdiyi məlum olub. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, rus diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gəlib. Zaxarovanın sözlərinə görə, yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana da səfər etməyi planlaşdırır. Görünür ki, ABŞ və Rusiya arasında rəqabət qızışıb.

Yada salaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın bu təyinatını “bölgədəki postmünaqişə reallığından uzaq yanaşma” kimi qiymətləndirməsi Vaşinqtona xoş gəlməmişdi. Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Bakının tənqidlərini rədd etmişdi. Amma ekspertlər hesab edirlər ki,  Rikerin bölgəyə səfəri daha çox Ermənistana ABŞ-ın dəstəyinin göstərilməsi məqsədi daşıyır. Belə ki, ABŞ Azərbaycanın Minsk Qrupu ilə bağlı rəsmi mövqeyini bildiyindən qrupu yenidən siyasi arenaya gətirmək üçün aşırı cəhdlər etməyəcək. Ermənistana ikigünlük səfərin qondarma soyqırımı abidəsini ziyarətlə başlaması da bu ehtimalları doğruldur. Amma Bakıda o nələr eşidəcək, bu da maraqlı suallardan biridir...

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu

Siyasi ekspert Elxan Şahinoğlunun sözlərinə görə, Zaxarova rusiyalı diplomatın Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya getdiyini deyib: “Beləliklə, Kreml əlindən gələni edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqsa, bu Rusiya ərazisində baş verməlidir. Kreml sazişin mətninin hazırlanmasında da iştirak etmək istəyir. Halbuki, sülh sazişinin mətninı hazırlayacaq işçi qrup Avropa İttifaqının nəzdində formalaşmalı idi. Kreml buna imkan vermək istəmir. Vladimir Putinin açıqlanmayan mövqeyi bundan ibarətdir ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki sənəd məhz Kreml sahibinin vasitəçiliyi ilə imzalanıbsa, yekun sənəd də Rusiya ərazisində imzalanmalıdır. Moskva ilə Brüsselin vasitəçiliyi bir-birini tamamlamaq əvəzinə, birinci ikincini oyundankənar vəziyyətə salmaq istəyir. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil”.

Ermənistandakı siyasi vəziyyət stabilləşirmi? - (Xəyal Bəşirov) ARB24 (İŞ  VAXTI) - YouTube

 Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, ABŞ-la Rusiya arasında rəqabət sülh müqaviləsini imzalatmaq uğrunda getmir: “SSRİ ilə Amerika arasında ”soyuq müharibə" illərində olan kəskin mübarizə indi Rusiya - ABŞ arasında yaşanmaqdadır. Bu qarşıdurmanın müxtəlif platformaları var, biri də Cənubi Qafqaz poliqonudur. Biz bir yandan Minsk Qrupuna ehtiyac olmadığını bəyan edirik, o tərəfdən amerikalı həmsədr təyin olunur. Maraqlıdır ki, Vaşintqon 44 günlük müharibə getdiyi dövrdə səssiz qaldı, sonradan fəallaşmağa başladı. Amma bu aktivlik gərginlik yaradan açıqlamalarla müşayiət olunur. Mövcud olmayan Minsk Qrupuna həmsədr təyin etmək Amerikanın bu məsələyə təxribatçı yanaşmasını ortaya qoymaqdadır. Habelə, amerikalı səfirin Şuşa səfərindən imtinası göstərir ki, ABŞ bu şəhərin bizə aid olmadığını deməyə çalışdı. İndi də qondarma abidəni ziyarət etməklə Vaşinqton mesaj verir ki, sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. NATO-da Amerikanın müttəfiqi olan Türkiyəyə qarşı bu hərəkət, qondarma abidəni ziyarət bu dövlətin səmimi olmadığını təsdiqləyir. Rusiya da buna görə fəallıq göstərir, yarışır, amma heç bir halda sülh sənədinin imzalanmasına töhfə verilmir. Azərbaycan bölgədə sülh, sabitlik tərəfdarıdır, bizim uzanan əlimizə əl vermək əvəzinə, tərəflər müxtəlif bəhanələr gətirir, prosesi ləngidən addımlar atırlar. Ona görə Amerika bu məsələdə qeyri-səmimidir və sülh müqaviləsinə dəstək verməkdə maraqlı görünmür".

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Ekspert Ramiyə Məmmədova Xovayevin səfərini Rusiyanın vasitəçiliyi heç bir vəchlə əldən verməmək təşəbbüsü sayır. Onun sözlərinə görə, Brüssel görüşünü təşkil etməklə qabağa düşən Avropa Birliyi Rusiyanı üstələmiş kimi görünür: “Amma Rusiya rəhbərliyi indi Lavrovun Mirzoyana zəngi, Xovayevin Bakıya səfəri, Paşinyanın Vladivostoka gedişi ilə məsələləri nəzarətdə saxlamağa çalışır. Hiss olunur ki, Putin üçtərəfli görüşün təşkili üçün ya tələsmir, ya da Ukrayna müharibəsi işlərini çətinə salıb. Kreml əmindir ki, onun iştirakı olmadan sülh müqaviləsi bağlana bilməz və əlində təzyiq rıçaqları mövcuddur. Odur ki, Xovayev və Rikerin səfərləri turistik xarakter daşımağa başlayıb. Bu gedişlə sülh sazişinin imzalanması prosesi uzana bilər. Əgər ABŞ-Rusiya müdaxilə etməsələr, Avropa Birliyi bu işi inkişaf etdirəcək”.


“Yeni Müsavat”

Diaspora