Xovayev niyə əvvəl Bakıya, sonra İrəvana səfər edəcək? - Zaxarova açıqladı

Xovayev niyə əvvəl Bakıya, sonra İrəvana səfər edəcək? - Zaxarova açıqladı backend

Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev Ermənistanın paytaxtı İrəvana səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması perspektivlərini müzakirə etmək üçün yaxın vaxtlarda İrəvana səfər etməyi planlaşdırır”, - o, keçirdiyi brifinqdə bildirib.

Zaxarova Rusiyanın rəsmi Bakı və İrəvanla qarşılıqlı əlaqələri kontekstində görüşlərin tempinin səngimədiyini və daha da fəallaşmadığını qeyd edib. O, əlavə edib ki, son bir neçə ildə ən yüksək səviyyədə - diplomatlar arasında əlaqələrin intensivliyi müşahidə olunur.

“Əslində biz gündəlik formatda müəyyən əlaqələr görürük. İkitərəfli və regional məsələlərin geniş spektri həmişə gündəmə gətirilib və qaldırılıb”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarovanın sözlərinə görə, ümumiyyətlə Rusiya üçtərəfli bəyanatların ən yüksək səviyyədə həyata keçirilməsinə, o cümlədən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, habelə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətləri vasitəsilə Bakı və İrəvan arasında əlaqələrə böyük əhəmiyyət verir.

Diaspora