Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevi bu ölkədə keçiriləcək “Arms Expo-2015” sərgisinə dəvət edib.
APA-nın “gazetem.ru” saytına istinadən verdiyi xəbər görə, avqustun 31-də Azərbaycana səfər edən S. Lavrov prezident İlham Əliyevlə görüşündə sərgidə iştirakla bağlı dəvətnaməni təqdim edib. “Biz azərbaycanlı dostlarımızın sentyabr ayında Sverdlovskda keçiriləcək və hərbi-texniki məhsullarımızın sərgilənəcəyi “Russia Arms Expo-2015” sərgisində iştirak edəcəyinə ümid edirik”, - deyə nazir söyləyib.Qeyd edək ki, “Russia Arms Expo-2015” sərgisi 9-12 sentyabr tarixlərində Nijni Tagildə keçiriləcək.