Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.
Trend bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, bu gün N.Paşinyanın deputatlarla görüşü keçirilib. Görüş zamanı onlar regionda sabitliyin əldə olunması və dəstəklənməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.
"Biz bu ilin sonunadək sülh sazişini imzalamağa hazırıq" - deyə Ermənistan baş naziri bildirib.