Xarici İşlər Nazirliyi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.
Qaziler.az xəbər verir ki, XİN-in tviter səhifəsində qeyd olunub:
“Bu gün Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur. Bu münasibətlə BƏƏ hökuməti və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan-BƏƏ əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulub. Azərbaycan ilə BƏƏ arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olub.