Aİ Azərbaycan və Ermənistan əhalisinin uzunmüddətli sülhə hazırlığının vacibliyini bildirib

Aİ Azərbaycan və Ermənistan əhalisinin uzunmüddətli sülhə hazırlığının vacibliyini bildirib backend

Hər iki tərəfin xalqlarının əlaqəsi və onların uzunmüddətli davamlı sülhə hazırlığı vacibdir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı bəyanatında bildirilib.

 

Onun sözlərinə görə, nəqliyyat əlaqələrinin açılmas ilə bağlı müzakirələrin inkişafı nəzərdən keçirilib.

“Belə həssas bir vəziyyətdə ictimaiyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək”, - deyə Şarl Mişel bildirib.

Diaspora