Abdullahian Rusiyaya təşəkkür etdi

Abdullahian Rusiyaya təşəkkür etdi backend

Sanksiyaların ləğvi sahəsində mövqeyimizə verdiyi dəstəyə görə Moskvaya təşəkkür edirik.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

İran XİN başçısı Lavrovla İraqdakı və Yəməndəki durumu da müzakirə etdiyini əlavə edib.

“İraqdakı hadisələrlə bağlı bizim mövqelərimiz Moskva ilə eynidir və ümid edirik ki, bu ölkədə vəziyyət tezliklə normallaşacaq. Yəməndə isə atəşkəs üçün ölkə rəhbərlərinin qərarı və blokadanın götürülməsi lazımdır”.

İran xarici işlər naziri nüvə proqramı ilə bağlı ölkəsinə qarşı irəli sürülən yeni ittihamları qəbul etmədiklərini deyib.

Hüseyn Əmir Abdullahian Əfqanıstan məsələsinə toxunaraq deyib ki, bu ölkədəki bütün etnik qruplardan ibarət inklüziv hökumətin formalaşmasına zərurət var.

Diaspora