Rusiya XİN sərhədlərin delimitasiyası ilə bağlı görüş barədə məlumat yayıb

Rusiya XİN sərhədlərin delimitasiyası ilə bağlı görüş barədə məlumat yayıb backend

Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın iclası keçirilib.

Apa-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

“Görüşdən əvvəl Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiya yaradılıb. Azərbaycan, eləcə də bu il mayın 24-də iki ölkənin sərhədində.Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşünün keçirilib.

Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazır olduğunu bildirib.

Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.

 

Diaspora