Litva Prezidenti: "Əgər Rusiya Ukraynada uğur qazansa, bu təcavüzün davamı olacaq"

Litva Prezidenti: "Əgər Rusiya Ukraynada uğur qazansa, bu təcavüzün davamı olacaq" backend

"Ukraynada son altı aydır davam edən müharibə Rusiya rejiminin “böyük uğursuzluğu"dur".
 

Apa xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda "Sky News"a müsahibəsində deyib.
Prezident Nauseda bildirib ki, Prezident Vladimir Putinin “yanlış hesablamaları”na görə Kremlin missiyası ilkin plana uyğun getməyib və indi müharibə Rusiya üçün “yeni itkilər” gətirir.
"Biz başa düşməliyik ki, bu altı ay Rusiya rejiminin böyük uğursuzluğudur. Rusiya hakimiyyətinin ilkin niyyət bir neçə günə Ukraynanı fəth etmək, Kiyevi işğal etmək, hökuməti dəyişdirmək və marionet hökuməti gətirmək idi. Bu müharibə yeni itkilər, iztirablar və insan həyatının məhvi, binaların, mülki infrastrukturun dağıdılması ilə davam edir".

Litva Prezidenti deyib ki, Ukrayna xalqı bu müharibədə ağır bədəl ödəyir.

"Ukrayna xalqı öz azadlığı üçün mübarizə aparır. Düşünürəm ki, Ukrayna xalqı həm də bizim üçün mübarizə aparır, demokratiya və demokratik ölkələrin azadlığı üçün, çünki hamı başa düşür ki, Kreml rejiminin iştahının həddi-hüdudu yoxdur. Əgər onlar Ukraynada uğur qazansalar, bu təcavüzün və genişlənmənin davamı olacaq”, Litva Prezidenti deyib.

Diaspora