Bu gün Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.
“Report” xəbər verir ki, sənədlərə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclası çərçivəsində imza atılıb.
Bunlar:
Mingəçevir şəhəri ilə Qazaxıstanın Urals şəhəri arasında əməkdaşlıq haqqında memorandum,
Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum,
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum,
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş,
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi SC arasında Anlaşma Memorandumu,
“QazTrade” , Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum,
“QazTrade”, “Cool İnfinity” və “Foodcity Alliance” arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “ADY Konteyner” MMC və “KTZ Express Hong Kong Limited” MMC arasında Tərəfdaşlıq Sazişidir.
15:18
Avqustun 24-də Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri Yusif Abdullayev Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını bildirib.
Yusif Abdullayev diqqətə çatdırıb ki, burada eyni soy-kök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir.
Y.Abdullayev vurğulayıb ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur və bunlardan 35-i Azərbaycan şirkəti, 24-ü Qazaxıstan şirkətidir:
“Ümidvarıq ki, gələcəkdə bu şirkətlərin sayı artacaq”.
Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrindən danışıb.