Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) dünən baş vermiş ağır yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.
Qaziler.az xəbər verir ki, bu barədə nazirlik tviter hesabında paylaşım edib.
"Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Başımız sağolsun", - başsağlığıda deyilir.