Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransında çıxışı zamanı Ermənistana xəbərdarlıq edib.
“Burdan Ermənistana xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın”, - deyə o Ankarada baş tutan görüşdə bildirib.
Mövlud Çavuşoğlu həmçinin qeyd edib: “Türkiyə Qarabağda haqlının yanında oldu və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədi”.