“NATO müttəfiqlərimiz də daxil olmaqla bütün dünya ölkələri Türkiyənin Rusiya ilə Ukrayna arasındakı vasitəçilik səylərini dəstəkləməlidir”.
Bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.
“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə danışa bilən, hər iki tərəfin inamını qazanmış dövlətdir. Türkiyə artıq beynəlxalq prosesləri kənardan izləyən dövlət deyil. İstanbulda imzalanan sazişlə qlobal səviyyədə qida böhranının qarşısını aldıq. Türkiyə indiyədək olduğu kimi, bundan sonra da səylərini regionda sabitliyin təmin olunmasına sərf edəcək”, - o bildirib.