"Düşünürəm ki, bütün təcavüzkarlar kimi Putinin sonu heç də yaxşı qurtarmayacaq..."

"Düşünürəm ki, bütün təcavüzkarlar kimi Putinin sonu heç də yaxşı qurtarmayacaq..." backend

"Son 5 minillikdə Yer kürəsində cəmi 230 il savaş olmayıb..."

"Putin Leninsayağı pozada dayanıb bəyan edir: "Doğru yolla gedirsiniz, yoldaşlar!.."

 

"Rusiyanın qalib gəlməyə azacıq belə şansı yoxdur..."

 

Ən geniş yayılan və ən dürürst versiyalardan biri ondan ibarətdir ki, insan meymundan əmələ gəlib. Yəni, heyvan aləmindən yaranıb. O aləmdən ki, orada daima qəddar savaş gedir. Həyat uçün deyil, ölüm savaşı gedir. Ola bilsin ki, insanlıq tarixi savaşlarla bağlıdır. Son 5 minillikdə Yer kürəsində cəmi 230 il (!) savaş olmayıb. XX əsrin əvvəllərində Kanada alimi Stiven Pinker belə bir fikir söyləyib: "Biz bəşəriyyətin mövcud olduğu bütün zamanların ən dinc dövrünü yaşayırıq".

Hər halda Avropada 77 il məhz belə olub. O, dinc səma altında yaşayıb. Bunu Qinnesin rekordlar Kitabına salmaq olar.

 

Moderator.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.

 

24 fevralda eyforiya bitdi. Səhər saat 5-də, elə sonuncu vətən savaşında olduğu kimi, rusiyalı diktator pis ovqatda yuxudan oyanıb, Şoyquya zəng edib və Avropa enişə doğru getməyə başlayıb. Amma Vısotskidə olduğu kimi, "Sərhəddən biz Yeri geriyə fırlatdıq", zərbənin istiqaməti dəyişdi. Qərbdən Şərqə deyil, Şərqdən Qərbə doğru dəyişdi. Yerdə qalanlar elə həmin şeylərdir. Bombardmanlar, dağıntılar, anaların göz yaşları, minlərlə həlak olan və yaralanan insanlar... Lakin indi bu dəhşət savaş deyil, "xüsusi əməliyyat" adlanır.

 

Prezidentin gələcəyini proqnozlaşdırmaq üçün gəlin ötən savaşların təcavüzkarlar üçün nə ilə bitdiyini xatırlayaq. Napoleon Müqəddəs Yelena adasında sürgündə ölüb. Birinci dünya savaşını törədən kansler İkinci Vilhelm öz həyatını tənhalıqda və həbsdə bitirib. Hitler, versiyaların birinə görə, özünü güllələyib. Düşünmürəm ki, Putin Ukraynaya hərbi müdaxilə edəndən sonra yaxşı qurtarsın.

 

Müharibə 5 aydır davam edir, Rusiya Ukraynanın bir sıra şərq rayonlarını zəbt edib, bəzi şəhərlər, xüsusilə Mariupol və Severodonetsk, dağıntılar içindədir, qələbəyə çox var. Rusiya artıq 30 min hərbi qulluqçusunu, aviasiyasının üçdə ikisini,  1, 5 min tankını və başqa döyüş texnikasını itirib.

Ona görə də "öz simasını saxlamaq üçün" Putin zəbt etdiyi əraziləri tərk etməkdən öncə rusiyalılara göstərməlidir ki, hər şey plan üzrə gedir və məqsədlərə nail olunub. Başqa sözlə desək, Leninsayağı pozaya dayanıb bəyan etməlidir: "Doğru yolla gedirsiniz, yoldaşlar".

 

Belə pozada dayanıb bəyan etməkdə problem yoxdur. Lakin getdikcə daha az rusiyalı Putinin sözlərinə inanır. Getdikcə daha aydın olur ki, həddini aşan prezident hətta onun "Gebbels təbliğatı ilə belə, "simasını saxlaya bilməyəcək". Təcavüzkarı gözləyəcək variantları təqdim edək.

 

Yaxşı variant

 

Putin qələbə haqqında bəyan edir, çünki məqsədlərə nail olunub, Donbas separatçıları, Krım kimi, Rusiya qoşunları tərəfindən müdafiə edilir. Rusiya işğal etdiyi ərazilərdən geri çəkilir. İlf-Petrovda olduğu kimi: "Şalvar yoxdur, vətəndaşlar mənnun halda evlərinə dönür".

 

Amma bu variantda heç də hər şey yağ kimi olmayacaq. Əvvəla, hamı geriyə dönməyəcək. 30 min rusiyalı Ukrayna torpağında qalmaqda davam edəcək. İkincisi, belə "Versal sülhü"nə böyük ehtimalla Ukrayna razılaşmayacaq. Zelenskinin Putinin "xoş məram nümayiş etdirib" geriyə çəkilməsi deyil, təslim olmasını hesab etməsi üçün bütün əsasları var. Putin, Şoyqu və onların dəstəsi məhkəmə qarşısında dayanmalıdır. Ola bilər ki, iş məhkəməyədək gedib çıxmasın, amma Putinin reytinqi plintusdan aşağı düşəcək.

 

Nə sizin, nə mənim...

 

Mübaribədə pat vəziyyət yaranır və o, mövqe xarakteri alır. Belə vəziyyət aylarla, hətta illərlə davam edə bilər. Bu, dondurulmuş vəziyyətdir, avstraliyalı general Mik Rayanın sözlərinə görə, "döyüşən tərəflərin heç biri həlledici strateji zərbə endimək qabiliyyətində deyil". Rusiya gerçəkdən sanksiyaların ziyanını hiss edəcək və sülh danışıqlardan danışmağa məcbur olacaq. Lakin burada şərtləri artıq Zelenski diqtə edəcək.

 

Pis və ən real variant

 

Ukeayna qoşunlarının güclü müqavimətini hiss edərək, Putin "xüsusi əməliyyat"ın son məqsədlərini tamamilə başqa cür ifadə edəcək. Bu, hansısa dumanlı və anlaşılmaz "denasifikasiya" və "demilitarizasiya" deyil, Donbasın zəbt edilməsi və üzdəniraq "Rusiyanın təhlükəsizlik şəraitlərinin" yaradılması olacaq. Çətin ki, hətta Vladimir Solovyov kimi putinyönümlü məkrli təbliğatçılar Ukraynanın nə zaman və harada Rusiyaya təhlükə törətməsini izah edə biləcək.

 

Öz televiziya çıxışlarında Rusiya prezidenti daima vurğulayır: "Qoşunlar döyüş əməliyyatlarının müəyyən mərhələsində qarşıya qoyulan vəzifələrə uyğun olan sərhədlərə çatır. Hər şey plan üzrə gedir".

 

Yeri gəlmişkən, son zamanlar ritorika dəyişib. İndi Rusiya qoşunlarının Kiyevi ələ keçirmək planlarının iflasa uğraması "diqqətdən yayındırmaq hərəkətləri" adlandırılır. Amma ABŞ-ın sabiq prezidenti Avraam Linkolnun gözəl dediyi kimi, "xalqın bir hissəsini həmişə, bütün xalqı müəyyən müddətə aldatmaq olar, amma bütün xalqı həmişə aldatmaq olmaz".

 

Rusiyanın qalib gəlməyə azacıq belə şansları yoxdur, təkcə ona görə yox ki, ordunun resursları tükənir. Əsas məsələ ondan ibarətdir ki, Rusiya hərbçilərində hərbi əməliyyatlar üçün başlıca resurs olan motivasiya yoxdur. Onlar bu müharibənin ümumiyyətlə nəyə lazım olduğunu anlamır. Ordu üçün, bütün rusiyalılar üçün getdikcə daha aydın olur ki, onlar evlərini, yaxınlarını, vətənini qorumur, yalnız dağıdır, öldürür, özgə torpaqları zəbt edir.

 

Bu gün təkcə bütün dünya deyil, rusiyalıların özləri də anlayır ki, "blitskriq" iflasa uğrayıb və üfüqdə Rusiranın tam məğlubiyyəti görünür. Bu məğlubiyyəti izah etmək üçün Putin və təbliğatçıları iddia edir ki, Rusiya Ukrayna ilə deyil, NATO ilə, başqa sözlə desək, bütün dünya ilə vuruşur. İndi Qərbi qorxutmaq üçün başlıca "kozır" nüvə silahıdır, Qərb Kiyevə kömək göstərməyə son qoymayacağı təqdirdə bu silahdan müharibədə istifadə etməyə məcbur olacaq. Yəni üçüncü variantda Putin bəşəriyyəti dünya savaşına sürükləyir...

 

Müəllif: Lev Madorski

Diaspora