Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı qeyd edilib.
Görüşlər avqustun əvvəlində baş tutacaq.