Ərdoğan və Putinin sabahkı görüşdə nələri müzakirə edəcəkləri açıqlanıb

Ərdoğan və Putinin sabahkı görüşdə nələri müzakirə edəcəkləri açıqlanıb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin sabahkı görüşünün gündəliyi açıqlanıb.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, liderlər Ukrayna taxılının ixracı məsələsi barədə danışacaqlar.

Həmçinin vurğulanıb ki, Putin iranlı həmkarı İbrahim Rəisi ilə nüvə sazişi ətrafında fikir mübadiləsi aparacaq.

Qeyd eədk ki, sabah İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli və ikitərəfli görüşləri keçiriləcək.

Görüşdən sonra birgə bəyanatın qəbul olunması gözlənilir.

loading...
Diaspora