Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb. QAZİLƏR.AZ xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı E. Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanvarın 27-də Krakov şəhərində görüşəcəyi barədə razılıq əldə olunub.Krakovada görüş gözlənilir

