Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başa çatdı - YENİLƏNİB - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başa çatdı -  YENİLƏNİB - FOTO backend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüş başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.

Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü baş tutub.

11:59

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

APA xəbər verir ki, görüş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilir.

Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüşdür.

loading...
Diaspora