Bu gün Prezident İlham Əliyev, XİN başçısı Ceyhun Bayramov və Baş Nazirin müavini Mustafayevlə əla görüşlərim oldu.
APA-nın xəbərinə görə, bunu Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında bildirib.
“Sülh prosesinin vəziyyətini qiymətləndirdik. Həmçinin Aİ-nin Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin sabah Gürcüstanda görüşünün keçirilməsi ilə bağlı ikitərəfli qərarını dəstəklədiyini ifadə etdim” – deyə diplomat vurğulayıb.